Tehran (IQNA) - Terrorçu sionist rejimi İsrailin polis və hərbi qüvvələri fələstinli namazqılanların Əqsa məscidinə girməsinə maneə törədiblər.
Sionist rejimin terrorist hərbiçiləri Qərb Sahillərində yaşamaq üçün şəxsiyyət vəsiqəsi olan fələstinliləri də Əqsa məscidinin ərazisinə girməyə qoymayıblar və hətta onlardan bəzilərini həbs də ediblər.
Həmçinin İbrahim Xəlil (ə) hərəminin idarə heyətinin müdiri Hifzi Əbu Süneynə bildirib ki, işğalçı rejimin silahlı qüvvələri səmavi dinlərin ibadət azadlığı hüquqlarını və bu barədə beynəlxalq qanunları tapdalayaraq ötən gün (Cümə, 26 Fevral 2021) azan verilməsinə mane olublar. Sionist rejimi Şənbə günü axşamadək azan verilməsini qadağan edib.
Qeyd edək ki, sonist rejimi yəhudilərin "purim bayramı"nın keçirilməsini bəhanə edərək müsəlmanların ibadətinə maneə törədirlər. /3956375