Böyük Britaniyanın sabiq baş naziri Vinston Çörçilin çəkdiyi rəsm “Christie`s” hərracında 8,285 milyon funt sterlinqə satılıb.
Tablonun əvvəlki sahibi isə Ancelina Coli olub.
Rəsm əsərində Mərakeşin Mərrakeş şəhərinin ən böyük məscidi olan – Əl-Kutubiyyə təsvir olunub.
Qeyd edilir ki, əsər təxminən edilən ilkin dəyərindən 4 dəfə baha qiymətə satılıb.
Londonda keçirilən hərracda tablonun yeni sahibinin kimliyi isə bəlli deyil. /Şəfəqna