IQNA

Müsəlman taksi sürücüsündən nümunəvi addım: İtən pulları sahibinə qaytardı

8:42 - March 09, 2021
Xəbər sayı: 3489427
Dubayda özəl taksi xidmətinin sürücüsü Məhəmməd Orfan Məhəmməd Rəfiq sərnişinin avtomobildə unutduğu 900 min dirhəm (246 min dollar) pulu sahibinə geri qaytarıb.

Az.shafaqna.com ərəb mediasına istinadən xəbər verir ki, Dubayda özəl taksi xidmətinin sürücüsü Məhəmməd Orfan Məhəmməd Rəfiq sərnişinin avtomobildə unutduğu 900 min dirhəm (246 min dollar) pulu sahibinə geri qaytarıb.

Sürücü aşkar etdiyi pulu polis şöbəsinə təhvil verib.

Şöbə rəisi Abdulla Xadim Surur sürücünün dürüstlüyünü təqdir edib və ona hüquq-mühafizə orqanlarına göstərdiyi yardım və əməkdaşlığa görə təşəkkürnamə təqdim edib.

Qeyd edilir ki, hər il taksi sürücüləri öz avtomobillərində böyük məbləğdə pullar, yüzlərlə elektron cihaz, mobil telefonlar və zinət əşyaları tapırlar. Taksi sürücüləri dürüstlük sərgiləyirlər, nəticə də aşkar edilən əşyalar öz sahiblərinə geri qaytarılır.

 

Teqlər: dubay ، taksi sürücüsü ، pul ، əmanət
captcha