IQNA

Müsəlman sürücü iş yerində namaz qıldığı üçün işdən qovuldu

8:57 - March 16, 2021
Xəbər sayı: 3489459
Onun vəkili Sefen Gez Gez bildirib ki, müdafiə etdiyi Anis uzun illər idi Parisin “Şarl-de-Qol” hava limanında “Air France” personalı üçün nəzərdə tutulan avtobusun sürücüsü olaraq çalışıb.

Fransada boş nəqliyyat vasitəsində namaz qıldığı üçün işdən qovulan avtobus sürücüsü ədalətin bərpasını gözləyir.

Məhkəmə təhqiqatları dövründə zərər çəkmiş şəxs Anis ləqəbindən istifadə edir və o, mətbuat üçün açıqlama verə bilməz.

Onun vəkili Sefen Gez Gez bildirib ki, müdafiə etdiyi Anis uzun illər idi Parisin “Şarl-de-Qol” hava limanında “Air France” personalı üçün nəzərdə tutulan avtobusun sürücüsü olaraq çalışıb.

O deyib ki, Anisin işdən çıxarılmasına səbəb olan hadisə 2017-ci il 24 yanvarda baş verib.

Anis nəqliyyat vasitəsində heç kim olmadığı üçün avtobusda namaz qılmaq qərarına gəlib. Bu əsnada avtobusa yaxınlaşan “Air France” əməkdaşları çox cüzi çöldə gözləməli olublar. Onlardan biri sürücüdən polisə şikayət edib.

Vəkil bildirib ki, bundan 4 il sonra polis Anisə hava limanı ərazisinə daxil olmağı qadağan edib.

Onun sözlərinə görə, Anisin hava limanı ərazisinə daxil ola bilməsi üçün akkreditasiya 2020-ci 27 oktyabrda ləğv edilib və bu, müsəlmanların Fransa cəmiyyətində hədəfə çevrildiyi bir dövrdə baş verib.

Onun işdən çıxarılmasına səbəb olaraq deyilib ki, “iş zamanı namaz qılmaq radikalizm əlamətidir”.

Vəkil qeyd edib ki, məhkəmə yekun qərarı 25 martda çıxaracaq.

Polis rəisi müsəlmanların hər gün qıldığı namazı ictimai nizam üçün təhdid hesab edir. O, İslam və namazı terrorçuluqla əlaqələndirir. Bu, islamofobiyadan başqa bir şey deyil”, – deyə vəkil əlavə edib.

Vəkilin sözlərinə görə, müsəlmanlara qarşı bu cür münasibətin səbəbi insanların islamla bağlı məlumatsız olmasıdır.

Bu sübut edir ki, Fransanın inzibati qurumları müsəlmanlarıı ictimai nizam və təhlükəsizlik üçün təhlükə olaraq görür. Bəli, Anis, bəlkə də, həmin əsnada namaz qılmalı deyildi, lakin bu səbəblə onu akkreditasiyasından məhrum etmək qeyri-normaldır. Tezliklə müsəlmanlar üçün Ramazan ayı başlayacaq. Əgər mənim müdafiə etdiyim şəxs buna görə günorta vaxtı yemək yeməsə, ictimai təhlükəsizlik üçün onu yenidən təhdid kimi görüb akkreditasiyasından məhrum edəcəklər?”, – deyə o bildirib və əlavə edib ki, məhkəmənin ədalətli qərar çıxaracağına inanır. /iqna

captcha