Banqladeşin cənubunda müsəlman rohinca xalqına aid nəhəng qaçqın düşərgəsində yanğın baş verib.
Yanğın yüzlərlə komanı məhv edib.
Myanmadakı zülmdən qaçaraq Banqladeşə sığınmış yüzminlərlə müsəlmanın yaşadığı düşərgədəki faciə nəticəsində 1 gənc qadın və 2 uşaq həyatını itirib.
Yanğın 700 çadırı məhv edib və tam nəzarətdən çıxıb.
Daha öncə yanvar ayında da rohincalara aid başqa bir düşərgədə də yanğın baş vermişdi. Minlərlə insanın yaşadığı çadırlar məhv olmuşdu. /iqna