IQNA

Ali Məqamlı Rəhbər mövlud münasibəti ilə əfv fərmanı imzaladı

12:48 - March 29, 2021
Xəbər sayı: 3489529
Ali Rəhbər Ayətullah Xamenei bəşəsriyyətin xilaskarı İmam Zamanın (əc) mövludu və İslam Respublikası günü münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Ali Rəhbər Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bəşəriyyərin xilaskarı İmam Zamanın (əc) mövludu və 12  Fərvərdib İslam Respublikası günü  münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramlarla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1849 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi  xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.
captcha