IQNA

"İmam Həsən Müctəba (ə) təfəkkürü" adlı beynəlxalq konfrans keçiriləcək

18:19 - April 14, 2021
Xəbər sayı: 3489623
İraqda "Humanitar araşdırmalarda İmam Həsənin (ə) elmi irsi" mövzusunda "İmam Həsən Müctəba (ə) təfəkkürü" adlı 8. beynəlxalq konfrans keçiriləcək.   

İraqda "Humanitar araşdırmalarda İmam Həsənin (ə) elmi irsi" mövzusunda "İmam Həsən Müctəba (ə) təfəkkürü" adlı 8. beynəlxalq konfrans keçiriləcək.   

"İmam Həsən Müctəba (ə) təfəkkürü" adlı 8. beynəlxalq konfransın keçirilməsi komitəsi araşdırmaçıları bu elmi konfransa qatılmağa dəvət edib.

Bu konfrans 2021-ci ilin Sentyabr ayının 10-da (3 Səfər 1443 hq) Kərbəlanın müqəddəs hərəmləri idarəsinin təşəbbüsü ilə keçiriləcək.

Konfransda "İmam Həsən (ə) ensiklopediyalarda", "İmam Həsənin (ə)  İmam Hüseynin (ə) inqilabına şərait və zəmin yaratması", "İmam Həsən (ə)  sülhdən sonra mövqeyi" və sair oxşar mövzular araşdırılacaq.

Elmi məqalələr konfransa İngilis və ya Ərəb dilində göndərilməlidir.

Konfransa göndərilən məqalə daha öncə çap və nəşr edilmiş məqalə olmamalıdır.

Araşdırmaçılar məqaləni ən çoxu 30 səhifədə və beynəlxalq standartlara uyğun yazmalı və kimliyini təsdiq edən sənədlərlə birlikdə conf@alameedcenter.i elektron poçt ünvanına göndərməlidirlər.

Məqalələrin xülasəsi 2021-ci ilin May ayının 15-dək və məqalələrin kamil mətni 2021-ci ilin Avqust ayının 15-dək göstərilən ünvana göndərilməlidir.

Kofnransa göndərilmiş məqalələr sonda konfransın keçirilməsi komitəsi tərəfindən kitab formatında çap və nəşr ediləcəkdir. / iqna

 

captcha