IQNA

Ayətullah İsa Qasim də siyasi məhbusları müdafiə etdi

12:23 - April 20, 2021
Xəbər sayı: 3489656
Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim ölkəsində baş verən son hadisələrlə bağlı açıqlama verib.

Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim ölkəsində baş verən son hadisələrlə bağlı açıqlama verib.  

O, açıqlamasında bildirib ki, Bəhreyn rejiminin xalqı təzyiq altında saxlamaq siyasəti ən şiddətli şəkildə davam edir.  

"Xalqımız bütün məhdudiyyət və təzyiqlərə baxmayaraq, son ana qədər öz haqlarını müdafiə etməkdən əl çəkməyəcək. Ölkədəki problemlərin həlli xalqın qəbul edəcəyi islahatların sürətli şəkildə keçirilməsidir", - deyə Ayətullah Şeyx İsa Qasim diqqətə çatdırıb.  

Ayətullah Şeyx İsa Qasim həbsxanalara yüzlərlə insanı salmağın öz məqsədinə çatmayacağını və məhkumların buralarda da xalqın haqqını müdafiə etdiklərini sözlərinə əlavə edib.

eastnews

captcha