IQNA

Kanadanın Kvebek əyalətində hicab qadağan edildi

13:08 - April 21, 2021
Xəbər sayı: 3489667
Aprel ayının 20-dən etibarə Kanadanın Kvebek əyalətində polis və müəllim kimi dövlət qulluqçularına dini simvollardan istifadə qadağan edilib.

Kanadanın Kvebek əyalətində hicab qadağan edildiKanadada Kvebek ştatı Ali Məhkəməsi Kanada Müsəlmanları Milli Şurası (NCCM) tərəfindən açılan məhkəmə işinin bu günkü iclasında qərar qəbul edib.  

Məhkəmə dövlət işçilərinin hicab da daxil olmaqla, dini simvollardan istifadə etməsini qadağan edən tənzimləmənin konstitusiyaya müvafiq olduğunu təsbit edib.  

Qanunun "memarı" kimi tanınan Kvebek Ədliyyə naziri Saymon Colin-Barret qərara etiraz edəcəklərini açıqlayıb.  

Qanunun ləğvi üçün məhkəməyə müraciət edən Kanada Müsəlmanları Milli Şurası Kvebek rəhbəri Yusuf Faqiri verdiyi açıqlamada hakimin qismən də olsa qanunun konstitusiyaya zidd olduğunu təsbit etdiyinə işarə edib.   Faqiri belə deyib:  

"Mübarizəmizə 17 iyun 2019-cu il tarixində qanun qəbul edildikdən bir gün sonra başladıq. Bu qanun hicablı müsəlmanların müəllim, prokuror və ya polis məmuru seçilmələrini qadağan etdi.

O vaxtdan bəri kanadalılar və kvebeklilər olaraq azadlığınız üçün mübarizəni heç vaxt dayandırmayacağamızı dedik. Bu gün mühüm bir gündür. Bu gün bir Kvebek hakimi mübarizəmizin qismən uğurlu olduğuna qərar verdi. Bu mühüm bir addımdır". /eastnews/

captcha