IQNA

Ali Dini Rəhbər Beynəlxalq Qüds günündə İslam ümmətinə xitab edəcək

11:26 - May 06, 2021
Xəbər sayı: 3489755
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei, müqəddəs Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü adlanan canlı yayımda İran millətinə və İslam ümmətinə müraciət edəcək.

Mübarək Ramazan ayının sonlarına yaxınlaşdıqca İslam dünyası Beynəlxalq Qüds günü ilə bağlı işlərini sürətləndirməyə başlayıb.

İran İslam İnqilabının Ali Dini Rəhbəri Həzrət Ayətullahul-üzma Seyyid Əli Xamenei, müqəddəs Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü adlanan canlı yayımda İran millətinə və İslam ümmətinə müraciət edəcək.

Ali məqamlı Rəhbərin yerli vaxtla saat 14:30-dakı çıxışı İran telekanalları və “khamenei.ir” saytında canlı yayımlanacaq.

captcha