Fransanın xarici işlər naziri Jan İv Le-Drian sionist İsrail rejiminin işğal altındakı Fələstində uzunmüddətli aparteid təhlükəsi barədə xəbərdarlıq edib.
Jan İv Le-Drian dünən axşam (23 may) işğal altındakı Fələstində uzun müddətli aparteid təhlükəsi və fələstinlilərin müstəqil dövlət qura bilməməsi ilə bağlı xəbərdarlıq edib.
“Times of Israel” saytının verdiyi məlumata görə, Le Drian Fransa mediasına verdiyi müsahibədə, sionistlər və ərəblər arasında son zamanlar baş verən qarşıdurmalardan bəhs edərək, işğal altındakı bir neçə Fələstin şəhərində, sionist rejim tərəfindən aparteidin davam etməsi barədə xəbərdarlıq edib.
Le Drian İsrail rejiminə qarşı aparteid ifadəsini istifadə edən ilk yüksək səviyyəli Fransa rəsmisidir.
“Bu, açıq şəkildə göstərir ki, gələcəkdə iki dövlətli həlldən başqa həll yolumuz varsa, davamlı aparteidi təşkil edən elementlərə sahib olacağıq.
İsrail rejimi bir ölkə əsasında yaşamağa davam edərsə və eyni zamanda status-kvonu qorusa da, aparteid təhlükəsi yüksək olacaq. Mövcud vəziyyət elə həmin vəziyyəti formalaşdırır”, - deyə Le-Drian bildirib. /iqna