Fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Qüds şəhərindəki əl-Əqsa məscidinin ərazisinə soxulmağa davam edirlər.
Qüdsün İslami Fondlar İdarəsindən bildirilib ki, 61 fanatik Bab əl-Məqaribə qapısından məscid ərazisinə girib.
Fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə əraziyə girib gəzdikdən sonra oranı tərk ediblər.
Onların günün ikinci yarısında da məscid ərazisinə soxulacaqları gözlənilir.
Fanatik yəhudilərin bu cür hərəkətlər regiondakı gərginliyin artmasına səbəb olur.