IQNA

Seyyid Əmmar əl-Həkim başsağlığı ismarıcı verdi

10:56 - June 05, 2021
Xəbər sayı: 3489985
İraqın Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar əl-Həkim ötən gün İran İslam İnqilabının dahi banisi İmam Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə başsağlığı ismarıcı verib.

İraqın Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar əl-Həkim ötən gün, Cümə günü, 4 İyun 2021, İran İslam İnqilabının dahi banisi Həzrət Ayətullah Üzma İmam Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə başsağlığı ismarıcı verib.

İraqın Milli Hikmət Hərəkatının rəhbəri əlavə edib: İmam Xomeyninin (r.ə) şəxsi özəlliklərindən biri də onun məsələyə hərtərəfli və tam əhatəli baxışı idi ki, bu baxışda insan, cəmiyyət, İslam ümməti və yer kürəsində yaşayan bütün məzlum insanlar heç bir ayrıseçkilik edilmədən yer almışdı.  

Seyyid Əmmar əl-Həkim vurğulayıb: İmam Xomeyni parlaq düşüncə, pak fitrət, yaradıcı bəsirət və dərin uzaqgörənliyi ilə əsrlər boyu hökm sürən çətin bir müadiləni İslam İnqilabı ilə dəyişsin. Elə bir inqilab ki, hamı bu tərcübənin möhkəmliyi və sabitliyinə inanır.

Vəfatının 32-ci ildönümündə bu rəbbani alim, misilsiz rəhbər və islahatçı insanın xatirəsini hörmətlə yad edirik. / iqna

captcha