Finlandiyanın futbol assosiyasiyası idmanla məşğul olan hicablı xanımlara idmanla məşğuliyyət üçün xüsusi materialdan hazırlanmış hicabları pulsuz təklif etməyə başlayıb.
Nazik elastik parçadan hazırlanan hicablar idmanla daha rahat məşğul olmağa imkan verir.
Qadın futbolunun inkişafı şöbəsinin rəhbəri Xaydi Pixlaya müsahibəsində deyib: "Dininizdən və bu örtüyü taxmaq istəyib və ya istəmədiyinizdən asılı olmayaraq, bu təşəbbüsü irəli sürərək, hər kəsi salamlayırıq”.
Müsəlman qadın idmançılar futbol assosiasiyasından belə bir diqqətli münasibəti gördüklərinə görə xoşbəxt və minnətdar olduqlarını söyləyir. /CNN