IQNA

İngiltərədə müsəlman deputat ayrı-seçkiliyə səbəb olan qanunu tənqid etdi

11:26 - July 07, 2021
Xəbər sayı: 3490232
İngiltərədə əsas müxalifətdəki İşçi partiyasının müsəlman deputatı Naz Şah İcmalar Palatasındakı çıxışında nümayişlərdə polisə daha çox səlahiyyət verən qanun layihəsi ilə bağlı dəyərləndirmələr edib.

İngiltərədə əsas müxalifətdəki İşçi partiyasının müsəlman deputatı Naz Şah İcmalar Palatasındakı çıxışında nümayişlərdə polisə daha çox səlahiyyət verən qanun layihəsi ilə bağlı dəyərləndirmələr edib.

Pakistan əsilli siyasətçi Şah qanun layihəsi qəbul edilərsə, heykəllərə ziyan vuranların 10 ilə qədər həbs cəzasına məhkum edilə biləcəyini xatırladaraq, "Niyə daşa və ya dəmir heykələ hücum edən hər kəs daş divara və ya qapıya hücumdan daha çox cəzalandırılır?", - deyə səslənib.  

Heykəllərin millətin tarixi, sosial və mədəni hisslərini təmsil etdiyini və bu həssaslıqla əlaqəli hisslərin qorunmasının mülki nizamın təmin edilməsinin əsası kimi dəyərləndirildiyini qeyd edən Şah bu həssaslığın dini şəxsiyyətlərə qarşı göstərilmədiyinə diqqət çəkib.  

Şah "Bir müsəlman olaraq, bu dünyada yaşayan milyonlarla müsəlmanın və dünyanın dörddə birini təşkil edən müsəlmanların, hər nəfəsdə və hər gün sevgili peyğəmbərimiz Məhəmməd qədər hörmət və ehtiramla yad etdikləri başqa bir şey yoxdur. Ancaq fanatiklər və irqçilər peyğəmbərimiz Hz.Məhəmmədə böhtan atdığı zaman qəlblərimizdə dözülməz mənəvi zərər meydana gəlir. O, 2 milyard müsəlmanın qəlbində xatırladığı, həyatında şərəf duyduğu, şəxsiyyətinin və varlığının əsasını təşkil edən liderdir", - söyləyib.  

Məşhur ingilis dramaturqu Corc Bernard Şounun Hz. Məhəmməd haqqında dediyi "Bu dünyaya qədəm qoyan ən diqqətəlayiq şəxs idi" ifadələrini istifadə edən Şah İslam Peyğəmbəri haqqında hazırlanan karikaturaları da tənqid edib.  

Şah "Bunun sadəcə bir karikatura olduğunu deyənlərə bunların da sadəcə heykəl olduğunu deməyəcəyəm. Bu sadəcə cizgi film və ya heykəl deyil. Onlar bizim üçün daha çox şeyi təmsil və ifadə edirlər", - deyib.  

Qanunla Oliver Kromvel və Çörçill kimi dünyəvi və siyasi xadimlərdən bəhs edərkən ictimai qaydanın və mənəvi ziyanın qorunacağını qeyd edən Şah bununla belə bu həssaslığın müasir İngiltərədəki bir çox insanın qəlbində olan Hz.Məhəmməd, Musa, İsa, Raam, Budda, Quru Nanak kimi din xadimlərinə şamil olunmayacağını bildirib. /eastnews

captcha