IQNA

Livanda beynəlxalq Qurani-Kərim yarışları keçirilir

12:59 - July 10, 2021
Xəbər sayı: 3490247
Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyi və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları öz işinə başlayıb .

Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları İyul ayının 8-dən öz işinə başlayıb .

Qeyd edək ki, 18 yaşından 40 yaşınadək kişilər arasında təşkil edilən və "Ulul-Qibləteyin" adlanan bu yarışlar ilk dəfə olaraq virtual keçirilir.

Yarışlara İslam dünyasının (İran, İraq, Livan, Suriya, Fələstin, Əfqanıstan və Misr) beynəlxalq dəcərəli hakimləri nəzarət edirlər.

Onlar yarışçıların təcvid, qiraət qaydaları, səs və tilavət nəğmələri məharətlərini qiymətləndirəcəklər.

Yarış iştirakçıları cari ilin İyul ayının 7-dək öz tilavətlərindən hazırladıqları videoları yarışların keçirilməsi komitəsinin e-mailinə (oulaqiblatein@gmail.com) göndəriblər. /iqna

captcha