IQNA

Dünya Hüseynin (ə) izi ilə - 1

VIDEO: Suriyanın baş müftisi: Hüseyn (ə) şücaət və fədakarlıq tarixini yazdı

19:00 - August 14, 2021
Xəbər sayı: 3490521
Şeyx Bədrud-Din Həsun: "Bizim seyyidimiz və sərvərimiz Hüseyn (ə) o kəsdir ki, şüacət və fədakarlıq tarixini yazdı. Zalim hakimlər nə qədər güclü olsalar da haqqa qələbə çala bilməyəcəklər."

Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və Kərbəla şəhidlərinin matəm günləri başlaması münasibəti ilə IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "Dünya Hüseynin (ə) izi ilə" adlı 10 hissəli videoklip hazırlayıb.

Videolarda dünyanın nüfuzlu şəxsiyyətlərinin İmam Hüseynin (ə) qiyamının hədəfləri, bəşər tarixindəki təsirləri və İslam ümmətinin oyanışında rolu barədə çıxışları yer alıb.

Suriyanın Əhli-Sünnə müsəlmanlarının baş müftisi Şeyx Bədrud-Din Həsun yezidkimilərin pis aqibəti və İmam Hüseynin (ə) yüksək məqamı barədə çıxışında deyir:

Bizim (əhli-sünnə məzhəbi) bir sıra kitablarımızda da nəql edildiyi kimi Peyğəmbərin (s) xanımlarından biri yuxuda görür ki, "Məhərrəm ayının 10-cu gününün sübhündədir. Allahın Peyğəmbəri (s) ağlar gözlə və saçları dağınıq və toz-torpağa bulaşmış halda biyabana üz tutub. Əlində isə şüşədən bir qab var idi. O həzrətə (s) ərz etdim: Atam və anam sənə qurban, bu şüşədəki nədir?

O həzrət (s) buyurdu: Oğlum Hüseynin (ə) qanıdır, öldürülüb və qanını bu şüşəyə yığıram".

Cənablar! Bizim seyyid və sərvərimiz Hüseyn (ə) qələbə çaldı. Amma Übdeydullah ibn Ziyad ibn Əbihini bir neçə il keçməmiş küçələrdə sürüdülər, bədəni parça-parça oldu. Allahın qəzəbi ona nazil edildi və əbədi lənətə düçar oldu.

Şümr bin Zilcövşən qətlə yetirildi. Cəsədini biyabana atdılar. İtlər onun cəsədini yedilər. İtlərə yem olaraq öldü.

İmam Hüseynin (ə) şəhid edilməsində əli olan hər kəsdən Allah-Taala elə bu dünyada ikən və axirətdən öncə çox çətin intiqam aldı.

Yezid də həmin cinayətdən 4 il sonra çox alçalmış bir tərzdə öldü. O can verən zaman ətrafındakı münafiq insanlar ona tövbə yolunu göstərmək yerinə, onun başına toplaşaraq onunla alay edir və deyirdilər ki, "ey möminlərin əmiri, sənə nəsə lazımdır?"!

Yezid isə onların cavabında deyirdi ki, "hər bir problemdən rahat və asudəyəm, Hüseynin (ə) qanından başqa. Əgər sabah (Qiyamət günü) Allah məndən soruşsa ki, Hüseyni niyə öldürdün, nə cavab verəcəm?!"

Ey Yezid! sən tezliklə Allahın qarşısında dayanacaq və Hüseynin (ə) qanından sual olunacaqsan!

Amma, Hüseyn (ə)! Cənabalar! Arxayın olun ki, bu məsələ təkcə sünni və və təkcə şiəyə, və ya sağçı və solçuya aid deyil! Bizim hamımız söz adamıyıq, əməl əhli deyilik!  

Bizim seyyidimiz və sərvərimiz Hüseyn (ə) o kəsdir ki, şüacət və fədakarlıq tarixini yazdı. Zalim hakimlər nə qədər güclü olsalar da haqqa qələbə çala bilməyəcəklər. Buna görə də zalim hakimlər hamısı məhv olacaq, amma Kərbəla təqva əhlini hidayət etmək üçün həmişə və ədəbi yaşayacaq.

Bu gün sual budur ki, ey yezid! Sənin qəbrin haradadır?! Və ey Hüseyn (ə), sən hansı məqamdasan? Siz haradasız, ey sevimli peyğəmbərimizin (s) əziz nəvəsi?

Ey Əba Əbdillah, ey mənim sərvərim! Siz bütün ürəklərdə və (ürəklərdən) süzülən sözlərdə özünüzə yer etmisiniz və bütün gözlərin nuru sizsiniz! Siz haqq məktəbi, həqiqət və cihadsınız!

Amma, sən ey zalim, saxtakar və imperialist hakim! Sən indi ən ədalətli kəsin hüzurundasan! Və Hüseynin (ə) cəddinin dini və Allahın nazil etdiyi Quranın qarşısında dayanan hər kəsin aqibəti pis olacaq! /iqna

kod
captcha