IQNA

Kərbəlada Həzrət Əbülfəzl (ə) və susuz körpələr şəbehi

9:45 - August 17, 2021
Xəbər sayı: 3490536
Əlində su tuluğu olan Kərbəla qəhramanı və əllərində saxsı kasalarla ona tərəf qaçan körpələrin iştirakı ilə keçirilən şəbəh səhnəciyi, müqəddəs hərəmlərdən keçən matəm yürüşləri şəklində edilib.

Kərbəlada Həzrət Əbülfəzl Abbas (ə) və susuz körpələr şəbeh səhnəsi təşkil olunub.

Əlində su tuluğu olan Kərbəla qəhramanı və əllərində saxsı kasalarla ona tərəf qaçan körpələrin iştirakı ilə keçirilən şəbəh səhnəciyi, müqəddəs hərəmlərdən keçən matəm yürüşləri şəklində edilib.

Xatırrladaq ki, Şeyx Müfidin “Əl-İrşad” və Seyid ibn Tavusun “Lühuf” kitablarında nəql olunur ki, Kərbəlada həmin son anlarda və son saatda bu uşaq və körpələrə, kiçik qızlara və xanımlara susuzluq elə təsir göstərmişdi ki, İmam Hüseynin (ə) özü Həzrət Əbülfəzl Abbas ilə birgə su gətirməyə getdi.

Həzrət Əbülfəzl Abbas (ə) tək getmədi, İmam Hüseynin (ə) özü də onunla hərəkət etdi. Su gətirmək üçün Fəratın həmin yerdən keçən qoluna sarı getdilər. Bu iki qorxmaz və güclü qardaş arxa-arxaya dayanıb meydanda vuruşdular. Biri altmış yaşına yaxın, lakin qüvvə və şücaət baxımından bənzərsiz qəhrəmanlardan olan İmam Hüseyndir (ə). Digəri də otuzdan artıq yaşı və hamının bildiyi xüsusiyyətlərə malik olan gənc qardaşı Əbülfəzl Abbasdır (ə).

Bu iki qardaş çiyin-çiyinə, bəzən arxa-arxaya düşmən dəryasının ortasında qoşunun sıralarını yarırlar, özlərini Fərata çatdırıb su gətirmək istəyirlər. Bu ağır döyüş əsnasında birdən İmam Hüseyn (ə) hiss edir ki, düşmən onunla qardaşı Abbası (ə) bir-birindən uzaqlaşdırıb. Həmin qarışıqlıqda Həzrət Əbülfəzl (ə) suya yaxınlaşır, özünü suya vurur.

Nəql olunduğu kimi, o, su tuluğunu doldurub çadırlara aparmaq istəyir. Burada hər bir insan özünün susuz dodaqlarına bir ovuc su vurmağı öz haqqı bilər. Lakin o öz vəfadarlığını göstərir. Əbülfəzl Abbas (ə) suyu götürdükdə, gözü suya düşdükdə İmam Hüseynin (ə) susuz dodaqlarını xatırlayır.

Bəlkə də qız və uşaqların su fəryadlarını, Əli Əsğərin sudan ağlamasını xatırlayır və suyu içməyə ürəyi gəlmir. O, bayıra çıxarkən həmin hadisələr baş verir və İmam Hüseyn (ə) birdən qoşunun ortasında fəryad ucaldan qardaşının səsini eşidir: “Ey qardaş, qardaşına yardım et!”. /deyerler.org

Kərbəlada Həzrət Əbülfəzl Abbas (ə) və susuz körpələr şəbehi

Kərbəlada Həzrət Əbülfəzl Abbas (ə) və susuz körpələr şəbehi

 

captcha