IQNA

Maldivin ən böyük məscidinin açılış mərasimi keçiriləcək - Foto

9:30 - September 01, 2021
Xəbər sayı: 3490632
Cari həftə ərzində Maldiv Adaları Respublikasının ən böyük məscidinin açılış mərasimi keçiriləcək. Tikintisinə 25 milyoon dollar xərclənmiş bu məscid Məlik Salman bin Əbdüləziz adına inşa edilmişdir.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftə ərzində Maldiv Adaları Respublikasının ən böyük məscidinin açılış mərasimi keçiriləcək.

Məlik Salman bin Əbdüləziz adına olan bu məscidin tikintisinə 2018-ci ildə başlanılmışdı.

Səudiyyə Ərəbistanı məscidin tikintisi üçün 25 milyon dollar pul xərcləyib.

Məscidin sahəsi 6 min nəfərdən çox namazqılan üçün nəzərdə tutulub.

Bu 5 minarəli məscid müxtəlif proqramların icrası üçün nəzərdə tutulmuş 5 mərtəbəni ehtiva edir ki, hər mərtəbə böyük bir salon və zaldan ibarətdir.

Həmçinin məsciddə beynəlxalq kitabxana, Quran təlimi mərkəzi, dərs otaqları, konfrnas zalı və pargink fəaliyyət göstərəcək.

Məscidin birinci mərtəbəsi hamamlar və dəstəmazxana üçün ayrılmışdır. İkinci və üçüncü mərtəbə isə camaat namazı üçün nəzərdə tutulmuşdur. Dördüncü mərtəbədə isə 4 sinif otağı, 5 toplantı otağı və İslam kitabxanası var. Beşinci mərtəbə isə iclas zalı və konfrans salonudur. / iqna

بزرگترین مسجد مالدیو هفته جاری افتتاح می‌شود + عکس
 
بزرگترین مسجد مالدیو هفته جاری افتتاح می‌شود + عکس
 
بزرگترین مسجد مالدیو هفته جاری افتتاح می‌شود + عکس
Teqlər: maldiv ، məscid ، kitabxana ، konfrans
captcha