IQNA

Məscidin qapısını sındıran kişi saatlar sonra vəfat etdi

17:10 - September 09, 2021
Xəbər sayı: 3490695
Taman şəhərinin 28 yaşlı sakini Sayyenteks bazar günü gecə saatlarında məscidə yaxınlaşıb. Məscidin qapalı olduğunu görən kişi məscidin şüşədən olan qapısına güclü əl və ayaq zərbələri endirməyə başlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Malayziya polisi Cohor ştatında baş vermiş rezonanslı hadisəni araşdırır.

Belə ki, kişi öz qəzəbinin qurbanı olub.

Taman şəhərinin 28 yaşlı sakini Sayyenteks bazar günü gecə saatlarında məscidə yaxınlaşıb. Məscidin qapalı olduğunu görən kişi məscidin şüşədən olan qapısına güclü əl və ayaq zərbələri endirməyə başlayıb.

“O, qapı sınanadək qəzəbli halda bunu edirdi və onun əlləri qanla örtülmüşdü”, – deyə yerli polis şöbəsinin rəisi Məhəmməd İshaq bildirib.

Səhər isə həmin kişi öz mənzilində ölü halda tapılıb.

Ekspertizaya əsasən, ölümə səbəb məscid qapısına endirilən zərbələr nəticəsində alınan zədələr olub.

captcha