IQNA

Quranın ən qədim əlyazma təfsiri İskəndəriyyədə saxlanılır

23:30 - September 15, 2021
Xəbər sayı: 3490751
Bu təfsir Quranın hədis əsasında təfsiri metodu ilə yazılıb. Müəllif ayənin bir hissəsini yazır və altında ona uyğun olan və ayənin mövzusunu və lüğətlərini izah edən hədisləri rəvayət edir.   

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin "əl-Busti" adlanan ən qədim təfsir nüsxəsi Misrin İskəndəriyyə şəhər kitabxanasının muzey bölməsində saxlanılır.

Dünya ölkələri rəsmiləri tərəfindən tez-tez ziyarət edilən bu nüsxə həm də dünyada ən qədim Ərəb xətti nüsxəsi hesab edilir.

Bu əlyazma nüsxə Əbu İshaq ibn İbrahim əl-Bustinin (vəfat. 307 hq) qələmə aldığı Quran təfsirinin bir hissəsidir.

Hazırda üzərində təmir və bərpa işləri aparılan bu nüsxənin qədimiliyi hicri-qəməri tarixi ilə 368-ci ilə (milad tarixi ilə 978) qayıdır.

Bu nüsxə çox qədim tarixə malik "məğribi" (Mərakeş) yazı üsulu ilə yazılıb. Bu cəhətdən Ərəb əlifbası və xəttinin inkişaf yolunu da göstərir.  

Bu təfsir Quranın hədis əsasında təfsiri metodu ilə yazılıb. Müəllif ayənin bir hissəsini yazır və altında ona uyğun olan və ayənin mövzusunu və lüğətlərini izah edən hədisləri rəvayət edir.   

Hazırda İskəndəriyyə kitabxanasında saxlınlan nüsxəni 368-ci hicri-qəməri ilində Xələf bin Həkim 233 səhifədə yazıb. Hər səhifədə 21 sətr olub.

Qeyd edək ki, İskəndəriyyə kitabxanası əlyazma nüsxələr xəzinəsidir. Bu xəzinədə 120 qədim əlyazma nüsxə mövcuddur. / iqna / 3997642

captcha