IQNA

Fransız yazıçı müsəlman adlarına qarşı çıxdı

19:23 - September 16, 2021
Xəbər sayı: 3490755
Sağçı-radikal yazıçı və həm də prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan Erik Zemmur Fransada “Məhəmməd” kimi müsəlman adlarının qadağan edilməsinə dair çağıırış edib.

Sağçı-radikal yazıçı və həm də prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan Erik Zemmur Fransada “Məhəmməd” kimi müsəlman adlarının qadağan edilməsinə dair çağıırış edib.

O, daha öncə də sərt fikirləri ilə məşhur idi və immiqrasiyanın məhdudlaşdırılması, inteqrasiyanın gücləndirilməsi və müsəlmanları fransız ənənə və mədəniyyətinə riayət etməyə məcbur etməyə dair çağırışlar edirdi.

Özünün “Fransa hələ son sözünü deməyib” adlı yeni kitabının nəşrinin ərəfəsində o bildirib ki, əgər prezident seçilsə idi, Napoleon Bonapartın qəbul etdiyi və 1993-cü ildə Fransua Mitteranın ləğv etdiyi qanunu bərpa edərdi. Sözügedən qanun uşaqları yalnız xristian və ya “qədim tarixi” adları ilə adlandırmağa icazə verirdi.

“Mən 1803-cü il qanunu bərpa edəcəyəm. Fransız biri daha öz oğlunu “Məhəmməd” adlandıra bilməyəcək. Mən düşünürəm ki, biz fransız millətini yenidən formalaşdırmalıyıq. Miqrantların əvvəlki nəsilləri bizim adlarımızı dəyişdirdilər. Və indiki miqrantlar da eyni şeyi etməyə davam edirlər. 3 nəsil miqrantlardan sonra insanların hələ də öz oğullarına “Məhəmməd” adını verməsi məni dərdləndirir”, – deyə Zemmur qeyd edib. / Şəfəqna

captcha