IQNA

Avropada müsəlman xanımın hicabını zor gücü ilə açdılar

16:31 - September 28, 2021
Xəbər sayı: 3490845
Vyanadan olan müsəlman xanım Bara Bolat hicablı olduğu üçün avtobusda hücuma məruz qalıb. Onu avtobusdan düşməyə məcbur edən islamofob qadın başından hicabını açmağa çalışıb.

Vyanadan olan müsəlman xanım Bara Bolat hicablı olduğu üçün avtobusda hücuma məruz qalıb.

Bir qadın mən yaxınlaşdı və mənə xor baxaraq dedi ki, Türkiyəyə qayıdım, baxmayaraq ki, mən Türkiyədən deyiləm. Mən ona fikir vermədim, bu zaman o mənə tərəf tüpürdü, bu isə pandemiya dövründə yoluxma riskinə görə təhlükəlidir”, – deyə müsəlman xanım bildirib.

O deyib ki, bundan sonra avtobusdan düşüb, lakin həmin islamofob qadın onu izləməyə başlayıb və onun hicabına əl atıb.

(Həmin qadın) zor gücü ilə başımdan hicabı dartdı, elə dartdı ki, hicabın bağlanılmasında istifadə etdiyim iynə boğazıma batdı. Mən qışqırdım, daha sonra telefonumu çıxartdım və onu çəkməyə başladım. Bu zaman o, sakitləşərək küçənin digər tayına keçdi”, – deyə xanım Bolat qeyd edib.

Onun sözlərinə görə, sözügedən qadın özünün islamofob rəftarları ilə Avstriya paytaxtında məşhurdur və bu, onun müsəlman xanımlara ilk hücumu deyil.

Mən onun hücum etdiyi ilk şəxs deyiləm. Çox sayda hicablı qadın artıq ondan zərər çəkib. Buna görə də o, məsuliyyətə cəlb edilməlidir. Əgər o, psixi sağlam deyilsə, deməli, onu xəstəxanaya yerləşdirmək və ya başqa həll tapmaq lazımdır. Lakin belə bir adamın küçədə sərbəst gəzərək digərlərinə zərər verməsi yolverilməzdir”, – deyə müsəlman xanım əlavə edib.

Xanım Bolat həmçinin şikayətlənib ki, islamofob hücuma məruz qalan zaman sərnişinlərdən heç kim onu qorumağa cəhd etməyib, əksinə, həmin insanlar kənarda duraraq baş verənləri izləyirdilər. / Şəfəqna

Teqlər: avropa ، islamofobiya ، bara bolat ، hicab
captcha