IQNA

Müsəlman kişi yanan evdəki əlil uşaqları xilas etdi

14:56 - September 29, 2021
Xəbər sayı: 3490849
Belə ki, Ruhul Xan qonşularının evində yanğının baş verdiyini görüb və qonşularına onların əlil övladlarını xilas etməyə kömək etmək üçün dərhal yanan evə daxil olub.

İngiltərənin Nort-Li şəhərində yaşayan müsəlman kişi yanan evdəki 2 qonşusunun həyatını xilas edib.

Belə ki, Ruhul Xan qonşularının evində yanğının baş verdiyini görüb və qonşularına onların əlil övladlarını xilas etməyə kömək etmək üçün dərhal yanan evə daxil olub.

İnsidentdən sonra zərər çəkən ailə müsəlman xilaskarına təşəkkür məktubu yazıb.

“Nə qədər minnətdar olduğumuzu sözlərlə ifadə etmək mümkün deyil”, – deyə qonşular yazıblar və qeyd ediblər ki, Ruhul Xan olduqca fədakar və mərd biridir.

Ruhul isə öz addımını qəhrəmanlıq hesab etmir və deyir ki, bu, bütün insanların bir-biriləri üçün etməli olduğu şeydir.

“Mən xeyirxah işlərə inanıram, onların nə qədər böyük və ya kiçik olmasından asılı olmayaraq. Mənim borcum qonşulara kömək etmək, öz cəmiyyətimi və bütün insanları müdafiə etməkdir”, – deyə Xan bildirib. / Şəfəqna

captcha