IQNA

'Səff' surəsini tilavət etməyin fəziləti

21:10 - September 30, 2021
Xəbər sayı: 3490859
Hər kim “İsa” (Səff) surəsini oxusa, Həzrət İsa ona dünyada yaşadığı vaxta qədər salam verər, onun üçün bağışlanma diləyər və Qiyamətdə onunla yoldaş olar.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ عیسى کانَ عیسى مُصَلِّیاً عَلَیهِ مُستَغفِراً لَهُ مادامَ فِى الدُّنیا وَهُوَ یَومَ القِیامَةِ رَفیقُهُ

“Hər kim “İsa” (Səff) surəsini oxusa, Həzrət İsa ona dünyada yaşadığı vaxta qədər salam verər, onun üçün bağışlanma diləyər və Qiyamətdə onunla yoldaş olar.” (“Məcməul-bəyan”, c.9, səh.277.)

İmam Bariq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الصَّفِّ وَأدمَنَ قِراءَتَها فی فَرائِضِهِ وَنَوافِلِهِ صَفَّهُ اللّهُ مَعَ مَلائِکَتِهِ وَأنبِیائِهِ المُرسَلِینَ

“Hər kim “Səff” surəsini oxusa, vacib və müstəhəb namazlarda “Səff” surəsinin oxunuşuna davam etsə, Allah onu mələklər və mürsəl peyğəmbərlər cərgəsində qərar verər.” (“Məcməul-bəyan”, c.9, səh.277; “Təfsiri-nümunə”, c.24, səh.57-59.)

Teqlər: Səff ، Səff surəsi ، quran ، İslam ، müsəlman
captcha