Almaniyada hicablı müsəlman xanımın parlament seçkilərində səsverməyə buraxılmaması qalmaqala səbəb olub.
Belə ki, Berqhaym şəhərindəki seçki məntəqəsinin işçiləri ilk olaraq 21 yaşlı qıza səs verməyə icazə verməyiblər və səbəb olaraq da onun xarici görkəmini göstəriblər – müsəlman qız hicablı olub və üzünə də tibbi maska taxmışdı.
Seçki məntəqəsində hesab ediblər ki, hicab və tibbi maska birlikdə olduqda niqaba bərabər olur (qeyd edək ki, Almaniyada niqab qadağandır). Lakin hicablı xanım ölkə qanunvericiliyindən xəbərdar olduğu üçün lazımi orqanlara şikayət edib və bundan sonra səsverməyə qatıla bilib.
Adıçəkilən şəhərin meri Folker Misseler şəxsən müsəlman xanıma zəng edərək ondan üzr istəyib. / Şəfəqna