Fransa daxili işlər naziri Jerald Darmanenin başlatdığı anti-İslam kampaniyası çərçivəsində 2020-ci ilin noyabrından bəri Fransadakı hər 3 məsciddən biri qapadılıb.
Qeyd edək ki, ölkədə 89 məscid var və onların hər biri bu dövr ərzində yoxlamalara məruz qalıb.
Darmanen bildirib ki, “separatçılığa” dair qanun qüvvəyə mindiyi andan ümumilikdə 650 müsəlman ibadət yeri qapadılıb, 24 min bu cür yerdə isə “ekstremizm” ilə bağlı yoxlamalar keçirilib.
Bundan başqa, fransalı nazir deyib ki, hazırda ölkənin hüquq-mühafizə orqanları “radikallaşma” səbəbi ilə daha 6 məscidin qapadılması istiqamətində tədbirlər görür.
Onun sözlərinə görə, Fransa DİN Strasburqda inşa edilməkdə olan məscidin tikintisinə də mane olmağa çalışır.
Məscidlərlə yanaşı, ölkədə müsəlmanara aid ictimai, xeyriyyə və humanitar təşkilatlar da qanundan kənar elan edilir.
“(Ötən il ərzində Fransada) siyasi islamın təbliği ilə məşğul olan 5 müsəlman assosiyasiyası qapadılıb və daha 4 bu cür yer də oktyabrda qapadılacaq”, – deyə Darmanen qeyd edib.
Bundan başqa, hələ ki, qanuni statusu ləğv edilməyən 205 müsəlman təşkilatının bank hesabları dondurulub, məscidlərin 2 imamı isə deportasiya edilib.
Lakin Darmanen hesab edir ki, bu, kafi deyil.
“Separatizmə dair qanun bizə daha çoxunu etmək imkanı verir. Biz bizi terror edənlərə dəhşət saçacayıq”, – deyə o, əlavə dib.
Sözügedən qanun çərçivəsində Fransa ölkəyə xarici din xadimlərinin, o cümlədən də rəsmi postlar tutanların da girişini qadağan edib. Həmçinin Mərakeş, Əlcəzair və Tunis vətəndaşlarına verilən vizaların sayını da məhdudlaşdırıb.