Məkkədəki Məscidül-Həramda Ümrə ziyarətini və ibadətləri yerinə yetirməyə icazə verilən zəvvarların və dindarların sayı ötən gündən artırılıb.
Artıq hər gün 100 minədək zəvvar Ümrə ziyarətini yerinə yetirə biləcək. 60 min dindar isə məsciddə ibadət edə biləcək.
İnsanlar buraya gəlməzdən öncə xüsusi tətbiq vasitəsi ilə icazə “kağızı” almalıdırlar.
Xatırladaq ki, xarici ölkələrdən olan zəvvarlara 10 avqustdan Ümrə ziyarətini yerinə yetirməyə icazə verilib. / Şəfəqna