Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.
Giperssilka.ru-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, oktyabrın 5-i səhər saatlarından Bakıda Gənclik metrosu yaxınlığındakı Hüseyniyyə məscidi bağlanıb.
Məlumata görə, bu gün səhər saatlarında polis əməkdaşları məscidə yaxınlaşaraq hüseyniyyənin mühafizə xidmətindən ibadət məkanının açarlarını alaraq özünü da oradan çıxarıblar.
Qeyd edək ki, həmin məsciddə Ali Məqamlı Rəhbər Ayətullah Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad imam-camaat olaraq fəaliyyət göstərirdi.