IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərində yüzlərlə insan əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək mövludu münasibəti ilə keçirilən mövlud mərasiminə qatılıb.
Cari həftənin Şənbə günü, 16 Oktyabr 2021-ci il, Yəmənin paytaxı Səna şəhərinin Səb`in meydanında Yəmənli qəbilə şeyxləri, tanınmış ictimai şəxslər və rəsmilərin iştirakı ilə mövlud bayramı mərasimi keçirilib.
Qeyd edək ki, Vəhdət həftəsi boyunca Səna şəhərinin Səb`in meydanında mövlud mərasimləri keçiriləcək. / 4005764