IQNA

Həzrət Adəmin (ə) canişini kim olmuşdur?

22:52 - October 28, 2021
Xəbər sayı: 3491076
Adəm Peyğəmbər (ə) vəfat edərкən Allahın əmri ilə oğlu Şeysi öz yerinə canişin təyin etdi. Rəvayətlərə görə, Həzrət Adəmin (ə) bütün övladları ekiz halda, yalnız Həzrət Şeys (ə) tək doğulmuşdur.

Həzrət Adəmlə (ə) Həvvanın çoxlu övladı olmuşdur, bunlardan ikisi – Habillə Qabil dini kitablarda daha çox xatırlanır. Adəm Peyğəmbər (ə) vəfat edərкən Allahın əmri ilə oğlu Şeys (onun adını Şis kimi də yazmışlar) öz yerinə canişin təyin etdi.

Rəvayətlərə görə, Həzrət Adəmin (ə) bütün övladları ekiz halda, yalnız Həzrət Şeys (ə) tək doğulmuşdur. Şeys (ə) də peyğəmbər olmuş, uzun ömür sürmüş, Adəm övladlarını haqqa doğru çağırmışdır. Qabilin nəsli onunla düşmənçilik etmiş və məğlub olmuşdu.

Həzrət Şeys peyğəmbərə (ə) Allah-Taala 50 səhifə şəklində vəhy nazil etdi. Bütün sonrakı peyğəmbərlər, o cümlədən, Həzrət İdris (ə), Nuh (ə) və daha sonra Həzrət Mühəmməd (s) də Şeysin (ə) nəslindən idi. Şeys peyğəmbərin (ə) adı Bibliyada Sif şəklində çəkilir.

Mənbə: İslam.az

captcha