IQNA

Almaniyanın məscid mühafizəsi strategiyalarına baxış

11:44 - October 31, 2021
Xəbər sayı: 3491094
Berlində Almaniya məscidlərinin mühafizəsi ilə bağlı keçirilən konfransda Almaniya federal hökumətinin bəzi rəsmiləri, eləcə də islami təşkilatların rəhbərləri ölkədə məscidlərin və müsəlmanların qorunmasını müzakirə ediblər.

İQNA, "Saytung"-ə istinadən xəbər verir ki, Berlində 30 oktyabr şənbə günü "Alman məscidləri lazımi səviyyədə qorunurmu?" adlı konfrans keçirilib. Bu konfransda, Almaniya federal hökumətinin bəzi rəsmiləri, eləcə də islami təşkilatların rəhbərləri iştirak ediblər. İştirakçılar Almaniyada məscidlərin və müsəlmanların qorunmasını müzakirə ediblər.

Federal Cinayət Polisinin rəisi Ditmar Benman, Müsəlmanlara qarşı cinayətləri araşdırmaq Federal Kriminal Polis İdarəsinin və Almaniya hökumət rəsmilərinin əsas vəzifəsi olduğunu bildirib.

O, sülh şəraitində yaşamanın insanların əsas hüquqlarından biri olduğunu vurğulayıb. Almaniya konstitusiyası da dini etiqad azadlığı hüququna xüsusi önəm verir. Hamımız bilirik ki, müsəlmanlara qarşı irqçi hücumların böyük əksəriyyəti ifrat sağçı qruplar tərəfindən həyata keçirilir. Təəssüf ki, son illər onların sayı artır. Amma polis də məsələyə ciddi yanaşır.

Mərkəzi Şuranın sədri Ayman Mazik, hazırkı Almaniya cəmiyyətində müsəlmanların vəziyyətini kəskin tənqid edərək deyib: "Bu müddət ərzində məscidləri qorumaq üçün heç bir böyük tədbir görməmişik. Məscidlərə hücum son illərdə ekstremistlərin strategiyalarından birinə çevrilib. Təəssüf ki, Hannover və Hale hücumlarından sonra da ekstremist qruplara qarşı ciddi tədbirlər görülməyib."

Mazikin sözlərinə görə, hazırda alman cəmiyyətində vəziyyət elədir ki, ekstremistlər özlərini təhlükə hiss etmirlər. Ona görə də, işlərini davam etdirirlər.

O, qeyd edib ki, Təəssüf ki, alman məscidlərinin təhlükəsizliyini təmin etmək üçün çox məsuliyyətsizliklərə yol verilib. Alman siyasətçiləri hər gün ekstremizmlə mübarizədən danışırlar. Amma müsəlmanlara qarşı düşmənçiliyə məhəl qoymurlar. Əslində, Almaniya cəmiyyətində müsəlmanlara ancaq cinayətkar kimi baxırlar. Onları heç vaxt qurban kimi görmürlər.

Mazik deyib ki, hər kəs bilməlidir ki, susmaq müsəlmanların vəziyyətini yaxşılaşdıra bilməz. Müsəlmanlara qarşı irqçiliklə mübarizə aparmaq üçün ölkə rəsmiləri, polis və müsəlmanlar arasında sıx əlaqələr qurulmalıdır.

Konfransın digər məruzəçilərdən biri olan Bertelzman Fondunun dini məsələlər üzrə eksperti Yasmin əl-Manar deyib: "Təhlükəsizliyin təmin edilməsi hər bir cəmiyyətin ən vacib ehtiyaclarından biridir. Almaniya və Avropada din əleyhinə hücumlar xristian təşkilatlarına da təsir edə bilər. Təəssüf ki, indiki vəziyyətdə kifayət qədər lazımi məlumat yoxdur. İrqçiliklə mübarizə aparmaq üçün maarifləndirməyə ehtiyacımız var.

Qeyd edək ki, əvvəlki çıxışçılar, polisin və siyasətçilərin mövqeyinə diqqət yetirərkən, Yasmin əl-Mənar, çıxışında maarifləndirmə və zorakılığın qarşısının alınması yollarını vurğulayıb: "Biz bilməliyik ki, cəmiyyətdə təhlükəsizliyin bərqərar olması üçün onun bütün üzvlərinin əməkdaşlığı lazımdır. Əgər cəmiyyətdə maarifləndirmə və monitorinq birlikdə aparılarsa, pis hadisələrin qarşısını ala bilərik."

4009171

Teqlər: almaniya ، məscid ، berlin ، İslam ، qurani kərim
captcha