IQNA

Misir məscidlərində "Uşaq Hüquqları"nın tədrisi

13:08 - November 02, 2021
Xəbər sayı: 3491110
Misir Vəqflər Nazirliyi, ölkədəki 100 məsciddə din və həyat mövzusunda yeni maarifləndirici layihə kimi "Uşaq Hüquqları" adlı layihə həyata keçirir.

Misir məscidləri İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi, uşaqların maarifləndirilməsinə yönəlmiş ən son təhsil layihəsi kimi "Uşaq Hüquqları" layihəsinə start verib.

Misir Vəqflər Nazirliyinin əsas məqsədi, uşaqların maarifini və təhsilini artırmaqdır. Bu layihənin mövzuları dini aspektlə məhdudlaşmayacaq. Həqiqətdə, sosial, tarixi, ədəbi, psixoloji və elmi mövzuları da əhatə edəcək.

Bu layihədə iştirak edən uşaqlar üçün bir sıra nağıl yazmaq və incəsənət məşğələləri də keçiriləcək.
"Uşaq hüquqları" layihəsinində yaş qrupu, 6 yaşdan 9 yaşa qədər və 9 yaşdan 14 yaşa qədərdir.

Misir Vəqflər Nazirliyi, layihənin birinci hissəsini həyata keçirmək üçün ölkə üzrə 100 məscidi seçib. O, məscidlərin geniş məkanından istifadə edərək, Koronanın qarşısını alan qaydalara riayət edərək, bu layihəni həyata keçirtmək istəyir.

4009935

captcha