IQNA

Zəlzələnin zərər vurduğu 800 illik məscid bərpa edilir

16:01 - November 03, 2021
Xəbər sayı: 3491124
Türkiyənin Malatya şəhərində yerləşən qədimi məscid bərpa edilir. Bərpa işləri cari ilin 5 mart tarixində start götürüb və 2022-ci ilin may ayında başa çatmalıdır.

Malatya məscidiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyənin Malatya şəhərində yerləşən qədimi məscid bərpa edilir.

O, 2020-ci ilin yanvar ayında baş verən güclü zəlzələ nəticəsində dağıntıya məruz qalıb.

800 il öncə – 1224-cü ildə inşa edilmiş Battalqazi məscidi hazırda restavrasiya prosesindədir, ibadətgahın yenidən insanların isitfadəsinə verilməsi üçün möhkəmlətmə işləri görülür. Proses çərçivəsində 50 tağ möhkəmlədilib.

Bərpa işləri cari ilin 5 mart tarixində start götürüb və 2022-ci ilin may ayında başa çatmalıdır.

captcha