IQNA

Sünnilər və şiələr vəhdət namazı qıldılar

13:06 - November 06, 2021
Xəbər sayı: 3491143
İraqın Diyalə əyalətində sünni və şiə müsəlmanlar vəhdət namazı qılıblar.

(İQNA) Beynəlxalq Quran Xəbər Agentliyi, Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Diyalə əyalətində sünni və şiə müsəlmanlar vəhdət namazı qılıblar.

Bunun təşəbbüskarı isə parlament seçkilərində qalib gələn “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr olub.

Ölkənin fərqli-fərqli bölgələrindən olan sünni və şiələr birgə cümə namazı qılmaq üçün Diyaləyə gəliblər.

Qeyd edilib ki, vəhdət namazı cəmiyyət üçün bir mesajdır.

captcha