IQNA

Hindistanda müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıb

11:44 - November 08, 2021
Xəbər sayı: 3491157
Hindistan polisi, şimal-şərqdə bir sıra qrupların məscidlərə hücumlarından sonra 100-ə yaxın sosial media hesabında yalan xəbərlər dərc etməkdə ittiham olunan istifadəçilərə qarşı axtarış aparıb.

Hindistanda müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıbİQNA, "Sputnik"-ə istinadən xəbər verir ki, Tripurada keçən ay baş verən zorakılıqlar, sağçı hindu millətçi qrupunun yüzlərlə tərəfdarının mitinqinin kənarında başlayıb.

Hücum zamanı dörd məscid dağıdılıb. Müsəlmanların çoxlu evləri və iş yerləri talan edilib.

Polis, bəzi şəxslərin hadisədən sonra daha çox zorakılığa səbəb olmaq üçün sosial mediada çaşdırıcı görüntülər yerləşdirdiyini bildirib.

Hindistanın müsəlman azlığının liderləri bildirirlər ki, 2014-cü ildə Hindu Milliyyətçi Partiyası hakimiyyətə gəldikdən sonra onlar daha çox hücuma və təhdidlərə məruz qalıblar.

4011423

captcha