"İQNA", Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin şərqindəki Malatya şəhərində 6 noyabr şənbə günü Quran hafizi olan 290 şagirdin məzuniyyət mərasimi keçirilib.
Bu mərasimdə Türkiyənin dini işlər nazirinin müavini İbrahim Helmi Qarslı və bir sıra türk rəsmiləri iştirak ediblər.
Malatya İdman Stadionunda bir sıra Türkiyə vətəndaşlarının iştirakı ilə keçirilən mərasim, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
İbrahim Helmi, mərasimdəki çıxışında vurğulayıb: "Qurani-Kərim hafizlərinin çox olduğu bir ölkədə biz Quran mədəniyyətini tam şəkildə genişləndirməliyik."
O, cəmiyyətin tərəqqisində Qurani-Kərimin dəyər və təlimlərinin önəmini vurğulayaraq, Uca Allahdan Türkiyədə və İslam dünyasının bütün ölkələrində Quran hafizlərinin sayını artırmasını istəyib.
Bu mərasim, Quran hafizləri olan oğlan və qızlara Qurani-Kərimin hifzi sertifikatının və xüsusi hədiyyələrin verilməsi ilə başa çatıb.