İQNA, "Əlcəzirə"-yə istinadən xəbər verir ki, Köln şəhərində gündə bir neçə dəfə kilsə zəngləri çalınır. Bu şəhərdə indiyədək azan səsinin məscidlərin çölünə çıxması qadağan edilmişdi. Lakin şəhərin meri Henrit Riker oktyabrın ortalarında qadağanın qaldırıldığını elan etdi. Bu qərar, hər kəsi təəccübləndirdi. Bəziləri bu qərara narazılıqlarını bildiriblər. Lakin Köln bələdiyyəsi, bu yolla öz şəhərinin dini müxtəlifliyini qəbul etdiyini sübut etmək istəyir.
Köln Mərkəzi Məscidi 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılıb. Artıq oradan azan səsinin ucalmasına icazə verilib.
Köln Bələdiyyəsinin bununla bağlı verdiyi təlimata əsasən, azan vaxtı beş dəqiqədən çox olmamalıdır. Azan verilməzdən əvvəl məscidin yerləşdiyi hər bir məhəllənin sakinlərinə azanla bağlı məlumat verilməlidir.