IQNA

Müsəlmanlar, Ümrə ziyarəti üçün qeydiyyatdan keçə bilərlər

16:09 - November 14, 2021
Xəbər sayı: 3491198
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, xaricdəki müsəlmanların Ümrə ziyarəti üçün qeydiyyatdan keçə biləcəklərini bildirib.

İQNA, "Ərəb News"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, xaricdəki müsəlmanların Ümrə ziyarəti üçün "Eatmarna" və "Towakkalna" tətbiqləri vasitəsilə qeydiyyatdan keçə biləcəklərini açıqlayıb. Quddum platformasında qeydiyyatdan keçdikdən sonra bu yeni xidmətdən istifadə etmək mümkün olacaq.

Xatırladaq ki, keçən ay Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi, Məkkədəki Məscidül-həram və Mədinədə Peyğəmbər məscidinə tətbiq edilən məhdudiyyətlər də daxil olmaqla, məhdudiyyətlərin azaldığını elan etmişdi. Həmçinin bildirmişdi ki, Ümrə ziyarətinə getmək istəyən zəvvarlar artıq bu ayinlərə qatılmaq üçün 14 gün gözləməli olmayacaqlar.

Nazirliyin planlaşdırma və strategiya rəhbəri Əmr əl-Məddah, bu barədə "Ərəb News"a bildirib: "Profilaktik tədbirlərin azaldılması ilə Məscidül-həramın ümrə və namaz qılmaq üçün fəaliyyət imkanları xeyli artıb."

4012968

captcha