IQNA

Dubayda Qadınlar arasında Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

9:43 - November 17, 2021
Xəbər sayı: 3491212
Noyabrın 20-də, şənbə günü Dubayda qadınlar üçün "Şeyxə Fatimə Bint Mübarək" Beynəlxalq Qurani-Kərim müsabiqəsinin 5-ci buraxılışı başlayacaq. Bu müsabiqə, 27 Noyabra kimi davam edəcək.

Dubayda Qadınlar arasında Beynəlxalq Quran Müsabiqəsi keçiriləcəkİQNA, "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubay hakiminin mədəniyyət və humanitar işlər üzrə müşaviri İbrahim Bo Məlhə, beynəlxalq müsabiqə haqqında deyib: "Bu müsabiqə, Dubay Beynəlxalq Qurani-Kərim "Cayizə" proqramlarından biridir. Həmçinin bir çox ərəb və İslam ölkələrində Uca Allahın kitabının, xeyriyyə və humanitar addımların qorunmasında mühüm rol oynayır."

O, bildirib ki, 50-yə yaxın ölkədən Qurani-Kərimi əzbərləyən qadınlar bu möhtəşəm Quran tədbirində iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Yaxın günlərdə bu rəqəm daha da artacaq.

İbrahim Bo Məlhə, deyib ki, münsiflər heyəti Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İndoneziya və Pakistandan olan beynəlxalq yarışlarda hakimlik etmiş hakimlərdən ibarət olacaqdır.

4013702

captcha