İQNA, "KMS"-ya istinadən xəbər verir ki, Rejissor Rohit Şitri tərəfindən çəkilmiş "Soryavanşi" filminin hekayəsi, polisin Hindistanı müsəlmanlarla əlaqəli terror qruplarının hücumlarından xilas etməyə çalışmasından bəhs edir.
Washington Post qəzetinin jurnalisti Rəna Əyyubun sözlərinə görə, film Hindistanın baş naziri Narendra Modinin anti-islam planlarını təbliğ etmək üçün nümayiş etdirilib.
Əyyub tənqidi qeydində yazıb: ""Soryavanşi" filmi təhlükəlidir. Hindistan kino sənayesi, dünyanın hər yerindən aktyorlar, rejissorlar və prodüserlər filmi islam qorxusunu təbliğ etdiyinə görə məhkum edəcəklər."
Bu film, sevgi cihadının məkrli nəzəriyyəsini təbliğ edir (müsəlman kişilər dinlərini dəyişərək hindu qadınları ilə evlənirlər) və Kəşmirdə 370-ci maddənin ləğvinə haqq qazandırır.
Pakistan prezidenti Arif Ələvi də bu filmi, Hindistan cəmiyyəti üçün təhlükəli adlandırıb.