IQNA

Abdullah Xalidin səsi ilə "İbrahim (ə)" surəsinin ayələrinin qiraəti

11:28 - November 28, 2021
Xəbər sayı: 3491273
Tanınmış pakistanlı qari Abdullah Xalidin sosial şəbəkədə qiraəti paylaşılıb. O, "İbrahim" (ə) surəsinin bəzi ayələrindən ibarət sonuncu Məclis qiraətini tilavət edib.

Abdullah Xalidin səsi ilə İQNA-nın verdiyi xəbərə əsasən, bu videoda pakistanlı Quran hafizi Abdulla Xalid, "İbrahim" (ə) surəsinin 31-ci ayəsindən 34-cü ayələrinə qədər olan ayələri qiraət edib.

Aşağıda Abdulla Xalidin səsi ilə bu ayələrin qiraətini müşahidə edəcəksiniz.

31_ İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər”.

32_ Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!

33_ (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı sizin ixtiyarınıza verən, gecəni və gündüzü sizə ram edən yenə Odur.

34_ (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar).

kod

4016564

captcha