IQNA

Braziliyada şiə məscidinə hücum olub

12:16 - November 29, 2021
Xəbər sayı: 3491280
Pontaqrosdakı İmam Əli məscidi ekstremistlərin hücumuna məruz qalıb. Hücum zamanı Quranın bir nüsxəsi yandırılıb, məscidin divarları zədələnib.

"İQNA", "Əl-Cəzirə Mübaşir"-ə istinadən xəbər verir ki, məscidin rəhbərliyi bu gün, şənbə günü İnstaqram səhifəsində dərc olunan rəsmi açıqlamada bildirib: "Müsəlman icmasındakı bacı və qardaşlarımıza təəssüflə bildiririk ki, cümə günü səhər saatlarında sevimli məscidimiz təxribatçılar və bidətçilər tərəfindən hücuma məruz qalıb."

Həmçinin deyilib ki, bu iyrənc cinayət təkcə İslama qarşı deyil, həm də bütün digər dinlərə qarşı yönəlmişdir. Çünki bu hücumda Allahın kəlamı və evinə hörmətsizlik olundu.

Braziliya saytı (arede) cinayəti törədənlərin məscidə yan qapını sındıraraq daxil olduqlarını bildirib.

O, əlavə edib: "Qurani-Kərimin bir nüsxəsini yandırmaqla yanaşı, islami ifadələrin yazıldığı asılmış çərçivəni də yandırıblar. İçəri girənlər məsciddəki təsbehləri qırıb, məscidin divarlarını dağıdıblar. Amma məsciddən heç nə oğurlanmayıb."

4016970

Teqlər: brazilya ، şiə ، məscid ، İslam ، hücum
captcha