IQNA

Britaniya hökumətinin islamofobiyaya diqqətsizliyi tənqid edilib

18:12 - December 03, 2021
Xəbər sayı: 3491301
Britaniya parlamentinin müsəlman üzvləri, Britaniya hökumətinin islamofobiya ilə bağlı diqqətsizliyini kəskin tənqid ediblər.

 

"İQNA", "Teleqraf ənd Argus"-a istinadən xəbər verir ki, Bir neçə britaniyalı müsəlman millət vəkili hökumətdən İslamofobiyanı tərif etməsini istəyib. Onlar hesab edir ki, heç bir tərifi olmayan bir şeylə mübarizə aparıla bilməz.

Leyboristlər Partiyasının nümayəndəsi Əfzəl Xanın təklifi ilə Böyük Britaniya parlamentinin "İslamofobiyaya qarşı maarifləndirmə ayı" ilə bağlı sessiya keçirilib. Orada iştirak edən müsəlman nümayəndələr yaşadıqları nifrətlə bağlı dəhşətli təcrübələrini bölüşüblər. Onlar hökuməti məsələyə diqqət yetirməməkdə günahlandırıblar.

2018-ci ilin noyabrında Britaniya parlamentində çoxpartiyalı qrup islamafobiyaya belə bir tərif verib: "İslamofobiyanın kökündə irqçilik dayanır. Bu, müsəlman təzahürlərini hədəf alan bir növ irqçilikdir."

İslamofobiyanın bu tərifi Leyboristlər Partiyası, Federal Liberal Demokratlar və London meri, eləcə də bir sıra yerli şuralar tərəfindən qəbul edilib.

4017618

captcha