IQNA

Amerika müsəlman icmasına xidmətlərinə görə təşəkkür

15:29 - December 04, 2021
Xəbər sayı: 3491306
Amerika-İslam Əlaqələri Şurası, bir mərasimdə müsəlman Konqresin üzvü İlhan Ömərə ölkədəki müsəlman icması qarşısındakı xidmətlərinə görə təşəkkür edib.

"İQNA", "Hil"-ə istinadən xəbər verir ki, bu gün Amerika-İslam Münasibətləri Şurasının (CAIR) təşkil etdiyi virtual mərasimdə Konqresin müsəlman üzvü İlhan Ömərin mükafat alması planlaşdırılır. Ona, Amerika Müsəlmanlarına İlin Xidmətçisi kimi təşəkkür ediləcək.

"CAIR" bəyan edib ki, Ömər ümumi xidmətlərinə və Konqres üzvlərinin İslam əleyhinə qərəzləri qarşısında göstərdiyi cəsarətə görə mükafata layiqdir.

Həmçinin bildirilib ki, onun gördüyü işlər təkcə seçicilərinin mənafeyinə uyğun deyil, cəmiyyətimizə, millətimizə örnəkdir.

4018222

captcha