"İQNA", "Sputnik"-in ərəb bölümünə istinadən xəbər verir ki, Səudiyyənin ictimai səhiyyə təşkilatı, "Viqayə" proqramının son yeniləməsində Rusiya peyvəndi Sputnik-i ölkəyə daxil olmaq üçün təsdiqlənmiş peyvəndlər siyahısına daxil edib.
Bu təşkilat, iki doza Sputnik V peyvəndi alan şəxslərin 2022-ci il yanvarın 1-dən etibarən ölkəyə "qısa səfər, o cümlədən Ümrə və Həcc ziyarəti üçün" buraxılacağını açıqlayıb.
Rusiyanın birbaşa investisiya fondu bazar günü Səudiyyə Ərəbistanının 2022-ci ilin əvvəlindən Sputnik V peyvəndi ilə peyvənd edilmiş insanlara icazə verəcəyini açıqlayıb. Bir şərtlə ki, onlar 48 saat karantində olsunlar və PCR testləri mənfi olsun.