IQNA

Alulbeyt Mərkəzi xanımlara sertifikat təqdim etdi

20:00 - December 10, 2021
Xəbər sayı: 3491347
Tbilisidəki Alulbeyt Mərkəzində bir qrup xanıma sertifikat təqdimetmə mərasimi keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadla xəbər verir ki, İlk öncə ilahiyyatçı Minarə Nəbieva Xanım Zeynəbin (ə) təvəllüdü münasibətilə söhbət edib.

“Alulbeyt”in müdiri Hacı Faiq Nəbiyev tədbirdə çıxış edərək kursları uğurla başa vuran tələbələri təbrik edib.

Tələbələrə göstərdiyi uğurlara görə sertifikat və hədiyyə olaraq Azərbaycan dilində Quran təqdim olunub.

Məlumata görə, xanımlara ümumilikdə əhkam, tarix, Quran, hədis və s. dərslər keçirilib.

captcha