"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, bu gün Misirin 28-ci Beynəlxalq Qurani-Kərim yarışı başlayır.
Prezident Əbdülfəttah Əs-Sisinin nəzarəti altında Misir Vəqflər Nazirliyi tərəfindən təşkil edilən bu müsabiqə Şeyx Məhəmməd Siddiq əl-Menşavinin adını daşıyır.
Bu Qurani-Kərim Dünya Müsabiqəsi, Misirin daxilindən və xaricindən 74 yarışmaçı və 12 hakimin iştirakı ilə keçiriləcək. Yarışlar, çərşənbə günü, dekabrın 15-nə qədər davam edəcək.
Misir Vəqflər Nazirliyi, misirli ailələr üçün daha bir müsabiqənin hazırlandığını bildirib. Bu yarışmada ata, ana və uşaq olmaqla üç və ya dörd ailə üzvü Qurani-Kərimin məfhumlarını tam anlayaraq əzbərləmiş və öz məlumatlarını Misir Vəqf İdarəsinə göndərmiş ailələr iştirak edə bilər.