IQNA

Filippində ən yaxşı hafizlərə Quran hədiyyə edilib

18:23 - December 12, 2021
Xəbər sayı: 3491360
Filippində Mindanaoda keçirilən mərasimdə Qurani-Kərimin ən yaxşı hafizləri mükafatlandırılıb və onlara Quran hədiyyə edilib.

"İQNA", Filippindən xəbər verir ki, Mindanaodakı Müsəlmanlarla İş üzrə Solo Əyalət İdarəsinin rəsmiləri, təhsillərini başa vuraraq Qurani-Kərimin hafizi olmuş 13 Quran hafizinin təltif edilməsi mərasimində iştirak ediblər.

Bu mərasim, "Əl-İttihad" İslam Quran Hifzi müəssisəsində keçirilib. Filippin Müsəlmanları İdarəsi də Qurani-Kərimin onlarla nüsxəsini hafizlərə hədiyyə edib. "Əl-İttihad" İslam müəssisəsi, Quran hifzi təlim proqramlarını və Quran qarilərini himayə edir.

Müsəlmanlarla İş üzrə İdarənin regional direktoru Siti Naf Rada Onqa, Regional Sülh və Münaqişələrin Həlli şöbəsinin rəhbəri Nurcia Əbdül-məcid və Filippin Müsəlmanları İdarəsinin əməkdaşları tədbirdə iştirak ediblər.

captcha