IQNA

Nigeriya iqtisadiyyatının böyüməsində İslam maliyyələşdirməsinin roluna baxış

8:57 - December 14, 2021
Xəbər sayı: 3491366
Nigeriya banklarının qlobal miqyasda fəaliyyət göstərmək istəyi güclüdür. Bu da İslam maliyyə xidmətləri göstərən digər qlobal maliyyə müəssisələri ilə strateji tərəfdaşlıq və əlaqələrin perspektivini artırır. Nigeriyanın iqtisadi islahatları və qlobal reytinq agentliklərinin məqbul reytinqləri Nigeriya iqtisadiyyatının gələcəyini əlverişli investisiya məkanı kimi yaxşılaşdırdı.

"İQNA", xəbər verir ki, İslam maliyyələşdirmə sistemi hələ də bəzi dünya iqtisadiyyatlarında rəsmi olaraq qəbul edilməyib. Lakin bu maliyyə sistemində fəaliyyət göstərən qurumların və bankların potensialı və məqbul fəaliyyəti daha çox ölkənin hökumətlərini və iqtisadi siyasətçilərini buna çevirməsinə səbəb olub.

İslam maliyyəsinin son 40 ildə qlobal cəlbediciliyi və böyük artımı əsasən onun fundamental prinsipləri və xüsusiyyətləri ilə bağlıdır. Çünki məsuliyyət əsasında əxlaqi sərmayələr yatırımını, eləcə də real və əhatəli iqtisadi artımı və inkişafı təşviq edir.

Nigeriya artan iqtisadiyyatı sayəsində Afrikanın iqtisadi və ticarət mərkəzlərindən birinə çevrilmiş ölkələrdən biridir. Eyni zamanda, bu artımda İslam maliyyələşdirməsinin də böyük rolu var.

İslam maliyyələşdirməsi Nigeriya iqtisadiyyatının ən mühüm sektorlarından biridir və ölkənin iqtisadi siyasətçiləri tərəfindən dəstəklənir.

Nigeriyada müasir İslam bankçılığının təkamülü 1991-ci ildə banklar və digər maliyyə müəssisələri qanunlarının qüvvəyə minməsi ilə başlayıb.

Bu arada Nigeriya höküməti islami banklara "sukuk" kimi İslam qanunlarına uyğun müxtəlif maliyyələşdirmə üsullarından istifadə edərək bu işdə iştirak etmək imkanı yaradır.

Həmçinin Nigeriyada İslam maliyyələşdirməsinin böyüməsində və genişlənməsində problemlər var. O cümlədən İslam banklarını tənzimləmək və onlara nəzarət etmək üçün bilik, bacarıq və texniki imkanlar yoxdur.

captcha